1984-cü ildə Neftçala şəhərində anadan olmuşdur. 2001-ci ildə 1 saylı orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinə filologiya- fransız dili fakültəsinə daxil olmuşdur. 2002-2003-cü illərdə Fransa səfirliyinin nəzdində yerləşən mədəniyyət mərkəzində stajyer və tərcüməçi kimi fəaliyyət göstərmiş və bəzi kitablarıb tərcüməsində yaxından iştirak etmişdir. 2005-ci ildə buranı bitirərək 2005-2007-ci illərdə Azərbaycan Dillər Universitetinə fransız dili tərcüməsi fakültəsinə qəbul olaraq təhsilini magistratura piləsində davam etdirmişdir. 2005-ci ildən artıq Azərbaycan Beynəlxalq Universitetində müəllim kimi çalışmağa başlamışdır. Daha sonra Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetdə müəllim kimi fəaliyyət göstərmuşdir. Fransa səfirliyi tərəfindən təqdim olunan sertifikatları və bir neçə məqalələri vardır.
2008-ci ildən Bakı Qızlar Universitetinin “Xarici Dillər ” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.