Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Həsənova Nəzakət Aslan qızı

Dosent
nezakethesenova@bqu.edu.az

20 may 1970-ci il Bərdə rayonu Çəmənli kəndində anadan olmuşdur.

 Orta təhsilini 1978-1988-ci illərdə  Bərdə rayonu Zümürxan kənd orta məktəbində almışdır.

1990-1996-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki ADU) ingilis və alman dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirərək  həmin il ildə ADU-da  Linqvokulturologiya  kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.

2010-cu ildən hal-hazıra qədər Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasında baş müəllim vəzifəsində çalışır. 

37 elmi məqalə və tezislərin, bir metodiki vəsaitin və bir dərs vəsaitinin müəllifidir. Dissertasiya işinin mövzusuna 17 məqalə, tezis və müddəaları, respublika, eləcə də xarici ölkələrdə elmi məcmuə, jurnal və toplularda, beynəlxalq və respublika elmi konfranslarda məruzə edilib çap olunmuşdur.

2011-ci ildən Bakı Qızlar Universitetinin "Xarici Dillər" kafedrasında dosent kimi fəaliyyət göstərir.