1950-ci ildə Əli Bayramlı (hazırda Şirvan) şəhərində müəllim ailəsində anadan olmuş, 1957-1967-ci ildə Əli Bayramlı (hazırda Şirvan) Şirvan şəhər 1 və 2 nömrəli məktəblərində təhsil almışdır. 1973-cü ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsini bitirmiş, 1973-1975-ci illərdə Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd orta məktəblərində ingilis dili müəllimi, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (hazırda Təhsil İnstitutu) kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. Ümumtəhsil məktəbləri üçün 3 dərslik və dərs vəsaitinin (“Ailə”, “Ailə həyatının etika və psixologiyası”, “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat (prof. Əbdül Əlizadə ilə); ali məktəblər üçün dərsliklərin və dərs vəsaitlərinin (“Pedaqogika”, “Ailə pedaqogikası”, “Ailə pedaqogikası: Müntəxəbat”, “Pedaqogika: Müntəxəbat”, “Pedaqogika nəzəriyyəsi və tarixi”, “Pedaqogika: müxtəsər konspekt və sxemlər”, “İxtisasa giriş”, “Ailə dəyərləri”), xüsusi məktəblər üçün 4 dərsliyin (“Oxu-2”, “Oxu-3”, “Oxu-4”, “Oxu-5”), orta ixtisas məktəbləri üçün “Milli əxlaq və ailə etikası” və “Pedaqogika” dərsliklərinin və proqramlarının, 30-dan artıq kitab və kitabçanın, 200-dən artıq elmi məqalənin müəllifidir.
1992-1998-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında elmi işlər və tərbiyə işləri üzrə prorektor işləmişdir.
Azərbaycan Respublikası Təhsil İnstitutunun “Elmi əsərlər”inin baş redaktoru, Bakı Qızlar Universitetinin “Elmi əsərlər”inin baş redaktor müavinidir.
Tərəqqi” medalı, “Qabaqcıl təhsil əlaçısı” döş nişanı, respublika Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif olunmuş, Əməkdar müəllim fəxri adına layiq görülmüş,“Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
Hal-hazırda Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasında professor kimi fəaliyyət göstərir.