Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Bəylərzadə Xatirə Tahir qızı

Baş müəllim
xatirebeylerzade@bqu.edu.az

1991-ci il yanvarın 30-u Bakı şəhərində anadan olmuşdur.  1998-2009-cu illərdə Bakı şəhər 218 saylı tam orta məktəbdə təhsil almışdır. 2014-2018-ci illər ərzində Bakı Qızlar Universitetində tarix müəllimliyi ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır. 2019-2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya (hazırki Arxeologiya, Etnoqrafiya və Antropologiya) İnstitutunda arxeologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2022-ci il Əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlərinə görə “İlin peşəkar gənci” fəxri adı və döş nişanına laiq görülmüşdür. Yerli və beynəlxalq konfransların iştirakçısıdır.40-dan çox yerli və beynəlxalq sertifikata laiq görülmüşdür. Elmi-praktik pedaqoji seminarlarda, özünüinkişaf təlimlərində mütəmadi olaraq inkişaf edir. 

2021-2022-ci tədris ilindən etibarən Bakı Qızlar Universitetinin Elektron Məlumatlar Şöbəsinin mütəxəssisi, 2022- 2023-cü tədris ilindən etibarən tarix kafedrasıda baş müəllim kimi fəaliyyət göstərir.