1951-ci il 4 iyulda Ağdam şəhərində anadan olmuşdur. Orada orta məktəbi bitirmiş, 1974-cü ildə APXDİ-nin İngilis-Azərbaycan dilləri fakültəsində təhsil almışdır. 1982-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Monoqrafiyalar:
1)The Turkic Civilization Lost in the Mediterranean Basin.Baku:İndigo,2011
2)Truvalılar ve Etrüskler türk idiler, Konya, 2015 Dərs vəsaitləri: Language and Culture,
Baku,2016; English life-style in grammar, Baku,2014; Exercises on subjunctive mood,
Baku,2015;
Ç.M.Qaraşarlı 1983-cü ildən Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim, baş
müəllim, dosent vəzifələrində işləmiş və 2009-cu ildə «Aralıq dənizi regionunda aborigen
dillər problemi (E.Ə. I minillik)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ç.M.Qaraşarlı 4 elmi monoqrafiya, dərs vəsaitləri, tədris proqramları, 70-dən artıq elmi məqalənin müəllifidir.
Ç.M.Qaraşarlı hazırda Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya
kafedrasında professor vəzifəsində işləyir və 2002-ci ildən Bakı Qızlar Universitetinin «Xarici dillər» kafedrasının müdiridir.