01 avqust 1975- ci ildə Füzuli şəhərində ziyalı ailəsində anadan olmuşdur. Füzuli şəhərində yerləşən X.B.Natəvan adına orta məktəbi 1992-ci ildə, 1994-1998- “Naxçıvan” Universitetinin “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavriat, 1998-2000 - magistratura pilləsini bitirmişdir.
2001-ci ildən etibarən Azərbaycan Müəllimlər İnsititunun Pedaqogika kafedrasında pedaqoji fəaliyyətə başlamış və bun günədək baş müəllim kimi fəaliyyətini davam etdirir.
2001 –ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qeyri Hökumət Təşkilatları,AMİ və ADPU-nun birgə təhsil layihələrində peşəkar təlimçi və mentor kimi fəaliyyət göstərir.
Son illərdə respublikada və bir sıra xarici ölkələrdə təşkil edilmiş müxtəlif treninqlər və konfranslarda iştirak etmiş,70 sertifikatı var.Onun beynəlxalq və yerli elmi mətbuatda dərc olunmuş 65 məqalə və tezisi,2 dərs vəsaiti və 25 fənn proqramı var.
2019-cu ildən Bakı Qızlar Universitetində baş müəllim kimi fəaliyyət göstərmiş, hal- hazırda “Pedaqogika” kafedrasında dosent vəzifəsində çalışır.