1961-ci il fevralın 3-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1968-1977-ci illərdə Bakı şəhəri 80 saylı natamam orta məktəbi, 1977-1981-ci illərdə A. Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbini bitirmişdir. 1985-ci ildə V.İ.Lenin adına APİ (İndiki ADPU),Pedaqoji fakültə Musiqi şöbəsində təhsil almışdır.
1985-ci ildə pedaqoji fəaliyyətə Bakı şəhəri 80 №li məktəbdə musiqi müəllimi başlamışdır. Müxtəlif illərdə “Naxçıvan” Universitetində ,Azərbaycan Müəllimlər İnstitutunda müəllim kimi çalışmışdır. ADPU “Musiqi və onun tədrisi metodikası” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. 10 dərsliyin, müəllim üçün 16 metоdik vəsaitin, bir-neçə proqram və elmi məqalənin müəllifidir.
Hal- hazırda Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.