1991-ci il aprelin 27-də Şəki şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Şəki şəhər 20 saylı tam orta məktəbdə təhsil almışdır. 2008-2012-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında Bakalavriat səviyyəsi üzrə , 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya üzrə həm tədris, həm praktik, həm də təlimçilik sahələrində fəaliyyət göstərir. 2015-2016-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Yaş və pedaqoji psixologiya” kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Doktorantura pilləsində Fəlsəfə doktoru proqramı üzrə təhsil almışdır.
28 adda elmi əsərin, ali təhsilin bakalavriat səviyyəsi üçün tərtib edilmiş bir neçə fənn proqramlarının müəllifidir. Respublika, yerli və xaricdə təşkil olunmuş beynalxalq konfransların iştirakçısıdır. Elmi-praktik psixoloji seminarlarda, təlimlərdə, vebinarlarda mütəmadi olaraq iştirak edir, iştirak etdiyi təlimlərdə beynəlxalq səviyyəli sertifikatlara layiq görülmüşdür.
2019-cu ildən etibarən Bakı Qızlar Universitetinin “Psixologiya” kafedrasında baş müəllim vəzifəsində işləyir.