1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonun Xəlilli kəndində anadan olmuşdur.1996-cı ildə Xəlilli kənd tam orta məktəbi,2000-2004-cü illərdə Naxçıvan Dövlət Universitetinin Mühəndis Pedaqoji Fakültəsində təhsil almışdır. 2006-cı ildə magistraturanı bitirmiş, 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Təlim-tərbiyənin nəzəriyyəsi və metodikası ( texnologiyanın tədrisi metodikası ) ixtisası üzrə dokroranturaya qəbul olmuşdur. 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Tələbə şöbəsində baş mütəxəssis vəzifəsində, 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində İbtidai təhsilin pedaqogikası kafedrasında müəllim, kimi fəaliyyət göstərir. 2021-ci ildən Azərbaycan Respublikası Təhsil şurasının üzvüdür.
İki metodik vəsait, 2 proqram və bir sra elmi məqalələrin müəllifidir.
2022-ci ildə Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasında baş müəlim vəzifəsində işləyir.