1968-ci ildə Lerik rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1985-ci ildə Lerik rayon 1 saylı orta məktəbi bitirib, 1990-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş, 1995-ci ildə pedaqogika və psixologiya ixtisasını bitirmişdir. 1985-1995-ci illər Lerik rayon uşaq bağçasında tərbiyəçi, 1995- 1997-ci illər isə Lerik Rayon Təhsil şöbəsində metodist vəzifəsində işləyib. 1997-2000-ci illərdə Azərbaycan ETPEİ-nin (indiki Təhsil İnstitutu) ümumi psixologiya və psixologiya tarixi ixtisası üzrə əyani aspiranturasını bitirmişdir. 2000-ci ildə keçmiş Azərbaycan Müəllimlər İnstitutunun psixologiya kafedrasında müəllim, 2004-cü ildə baş müəllim seçilmiş, 2008-ci ildə həmin institutun psixologiya kafedrasının müdiri olmuşdur. 2008-2016-illərdə AMİ-nin psixologiya kafedrasında müdir vəzifəsində işləmişdir. 2016-2017-cı tədris ilinin sentyabr ayından hal-hazıra kimi ADPU-nun Ümumi Psixologiya kafedrasında dosent vəzifəsində çalışır. 80 (səksən) adda elmi məqalə, proqram, dərs vəsaiti metodik tövsiyə və tezisləri çap edilib.
2019- cu ildən Bakı Qızlar Universitetrinin Psixologiya kafedrasında müdir vəzifəsində çalışır.