1980-cı ildə Neftçala şəhərində anadan olmuşdur. 1987-1997-ci illərdə Bakı şəhərində S.C.Pişəvəri adına Respublika Humanitar fənlər gimnaziyasında təhsil almışdır. 2001-ci ildə Azərbaycan Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin bakalavr, 2003-cü ildə isə həmin universitetin “Beynəlxalq münasibətlər” fakültəsinin magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.
2004-2009-cu illər ərzində Azərbaycan Universitetinin “Beynəlxalq münasibətlər və tarix”, 2006-2012-ci illərdə Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər”, sonra isə “Diplomatiya və xarici siyasət” kafedrasında müəllim, 2015-2019-cu illərdə Turizm və Menecment Universitetinin dosenti, 2021-2023-cü illərdə ADPU-nun Quba filialının “Pedaqoji və ictimai fənlər” kafedrasının dosenti, 2015-ci ildən isə Bakı Avrasiya Universitetinin “Humanitar fənlər və regionşünaslıq” kafedrasında dosent olaraq fəaliyyət göstərir. 2002-ci ilin yanvar ayından AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.
2 kitab, 18 fənn proqramı, 120-dən çox elmi tezis və məqalələrin müəllifidir. Azərbaycan, İran, Türkiyə, Kipr, İraq, Gürcüstan və Rusiyada keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycanı təmsil edib.
2015-ci ildən Bakı Qızlar Universiteti “Tarix” kafedrasının dosentidir.