Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Tural Akif oğlu Vəlizadə

Baş müəllim
turalvelizade@bqu.edu.az

Tural Akif oğlu Vəlizadə 1988-ci il may ayının 1-də Laçın şəhərində anadan olmuşdur. 1994-2005ci illərdə tam orta məktəbi bitrmişdir. 2005-2009- cu illərdə ABU-nun  “Tarix və ictimaiyyət” ixtisası üzrə bakalavriat pilləsini, 2012-ci ildə isə BDU-nun magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü il tarixində BDU-nun Tarix fakültəsinin doktorantura pilləsinə qəbul olmuşdur.

Pedaqoji fəaliyyətə 2014-2017-ci illərdə  BDU, 2018-2024-cü illərdə  isə Qərbi Kaspi Universitetində müəllim kimi fəaliyyət göstərmişdir. 

2 fevral 2021-ci il tarixindən 31 avqust 2022-ci il tarixinə kimi Qərbi Kaspi Universitetinin “Siyasi və ictimai elmlər” fakültəsinin dekan müavini olmuşdur. 1 sentyabr 2022-ci tarixindən 04 mart 2024-cü il tarixinə qədər isə Qərbi Kaspi Universiteti Magistratura və doktorantura şöbəsinin müdir müavini kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən etibarən elmi-pedaqoji fəaliyyətlə yanaşı elmi-tədqiqat fəaliyyətinə də mühüm yer ayırmış və müxtəlif elmi jurnallarda, respublika və beynəlxalq elmi konfranslarda elmi məruzələr etmiş, 40-dan çox elmi məqalə və tezislərin müəllifidir.

T.A.Vəlizadə ali məktəblər üçün bir sıra proqramların da müəllifidir.

 2022-ci ilin sentyabr ayından Bakı Qızlar Universiteti “Tarix" kafedrasının baş müəllimidir.