Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Qasımova Vüsalə İntiqam qızı

Baş müəllim
vusalaqasimova@bqu.edu.az

     02 iyun 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1992-2002 -ci illərdə  İncəsənət Gimnaziyasını bitirmişdir. 2002-ci ildə  Azərbaycan Dillər Universitetinin bakalavr pilləsinə "Filologiya (ingilis dili və ədəbiyyat müəllimliyi)" ixtisası üzrə qəbul olmuş, 2006-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

     Həmin il Lənkəran Dövlət Universitetinin "Dilşünaslıq" ixtisası üzrə magistratura pilləsinə qəbul olmuş, 2008-cı ildə magistratura təhsilini başa vurmuşdur.

     İlk pedaqoji fəaliyyətinə 2008-cu ildə Azərbaycan sosial-pedaqoji kollecində ingilis dili müəlliməsi kimi başlamışdır.

     İngilis dilinin qrammatikası və leksikologiyası üzrə bir neçə məqalələri çap olunmuşdur, eyni zamanda ixtisas dilinin ölkə ədəbiyyatı fənni üzrə tədris vəsaitinin müəllifidir. Beynəlxalq konfransların iştirakçısıdır və çoxlu sayda ixtisası ilə bağlı sertifikatlara malikdir.

       2012-ci ildən Bakı Qızlar Universitetinin “Xarici dil” kafedrasında baş müəllim vəzifəsində işləyir.