1966-cı il mayın 1-də Ucar rayonunun Küçəkənd kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə həmin kənd orta məktəbində tam təhsil almışdır. 1989-1994-cü illərdə Bakı Dövlər Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-1997-ci illərdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əyani aspitranturasında oxumuşdur. 1998-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır, həmçinin “Qərbi Azərbaycan tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 6 monoqrafiya və 50-ə qədər elmi məqalənin müəllifidir.
2011-ci ildən Bakı Qızlar Universitetinin “Tarix “kafedrasında dosent vəzifəsində çalışır.