7 yanvar 1961-ci ildə Qərbi Azərbaycanda (Krasnoselsk) anadan olmuşdur. 1968-1978-ci illərdə orta məktəbi bitirmişdir.
1988-1993 N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Pedaqogika və psixologiya” fakültəsini, 2008—2012-ci ildə isə həmin universitetin aspiranturasını bitirmişdir.
Əmək fəaliyyətinə 1982-1984-cü illərdə müdavim kimi başlamış, 1985-1988-ci illərdə 80 saylı Krasnoselski Texniki Peşə məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. Müxtəlif illərdə 160 və 38 saylı uşaq bağçalarında müəllim, “Pley Arena” məktəbəqədər təhsil mərkəzində metodist kimi çalışmışdır. Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir.
Bir monoqrafiya, 5 metodik vəsait və 5 proqramın müəllifidir. Respublikadaxili və beynəlxalq təlimlərdə iştirak edib, bir neçə beynəlxalq seritifikatlara sahibdir.
2023-cü ildən etibarən Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasında dosent kimi çalışır.