Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Ələkbərli Əzizağa Bəhram oğlu

Tarix kafedrasının müdiri
azizagaalakbarli@bqu.edu.az

   1952-ci il sentyabrın 10-da Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur. 1971- ci ildə Cəlilabad şəhər 7 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olmuşdur. 1975-ci ildə həmin universitetin tarix fakültəsini bitirmişdir. 1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü il sentyabrın 18-dən  1997-ci il aprelin 28-dək Azərbaycan EA “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmişdir.  Əzizağa Ələkbərovun “Azadlıq” qəzetində (1990-1991-ci illər) korrektor, Qərb Universitetinin “Menecer” liseyində müəllim, sonra  direktor (1992- 1995-ci illər), “Savalan” (1995-1996-cı illər), “Şəhriyar” (1996- 1997-ci illər) qəzetlərində ədəbiyyat şöbəsinin müdiri, “Respublika” qəzetinin əməkdaşı (1998-1999- cu illər), “Təzə həyat” qəzetinin redaktoru (1999- 2001-ci illər), Bakı şəhəri Yasamal rayon 21 saylı tam orta məktəbdə  tarix müəllimi, Xətai rayonundakı 147 saylı texniki humanitar litseydə tarix- ictimaiyyat müəllimi (2001- 2003-ci illər), Kooperasiya Universitetində müəllim (2003-2005-ci illər), Lənkəran Dövlət Universitetində müəllim (2003- 2008-ci illər) işləmişdir. 

1996-2020-ci illərdə DİM-də imtahan rəhbəri olmuşdur.  2008-2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyət göstərmişdir.

3-7 oktyabr 2022-ci il tarixində XIX Türk Tarix Konqresində “SSCB” nin Kazaxıstandakı Ham Toprak Politikasının Sırları ve Azerbaycanın Bu Kampaniyaya katılımı" mövzusunda çıxış etmişdir.


     150-dən  çox elmi məqalə və  20 tədris proqramı, 3 monoqrafiya,  eyni zamanda 7cildlik “Azərbaycan tarixi ” akademik  nəşrinin müəlliflərindən biridir. Ali məktəblərin Tarix fakültəsinin tələbələri üçün yazılmış “Yeni Tarix”( Bakı,2021) dərsliyinin müəlliflərindən biridir.
 70-dən çox hekayəsi, 300-dən çox bədii- publisistik yazıları müxtəlif qəzet və jurnallarda, almanaxlarda çap edilmişdir. Povest və hekayələrdən ibarət 3 kitabın - “ İki kölgə” (1989), “ Əbədiyyət yolçusu” (2003), “Anam üçün darıxmışam” (2005) müəllifidir. 

      Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və  Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.

Hazırda Azərbaycan MEA A.A, Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələri tarixi” şöbəsinin aparıcı elmi işçisi, dosentidir.
    2003-cü ildən Bakı Qızlar Universitetində  dosent kimi fəaliyyət göstərir və “Tarix ” kafedrasının müdiridir.