Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Əliyev Rəsul Sabir oğlu

Dosent
eliyevresul@bqu.edu.az

1958-ci ildə Azərbaycan Respublikası   Əli-Bayramlı şəhərində anadan olmuşdur.

1973-cü ildə Bakı şəhəri N.Nərimanov rayonu 45 saylı məktəbdə tam orta təhsil, 1973-76-cı illərdə Bakı şəhəri 68 saylı orta texniki peşə məktəbində təhsil almışdır.1984-1987-ci illərdə Bakı Sənaye-Pedaqoji Kollecini fərqlənmə diplomu ilə bitirmişdir. 1987-ci ildən 2016-cı ilədək Bakı Sənaye-Pedaqoji Kollecində Azad Həmkarlar Təşkilatının sədri və müəllim vəzifəsində çalışmışdır. 2016-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində şöbə müdiri vəzifəsində fəaliyyət göstərmişdir.

1990 -1994- cü illərdə illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, 1994-1995-ci illərdə isə, Azərbaycan Müəllimlər İnstitutunun Yenidən Hazırlanma fakultəsində sosioloq-pedaqoq ixtisasında təhsil almışdır.

1999-2003-cü illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun  (ETPEİ) dissertantura şöbəsini bitirmişdir. 

Hal-hazırda Bakı Qızlar Universitetində “Pedaqogika” kafedrasının dosenti vəzifəsində çalışır.