Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Quliyeva İlahə Fikrət qız

“Sosial-pedaqoji” fakültənin dekanı
ilahequliyeva@bqu.edu.az

   1982-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. 1999-cu ildə Salyan rayon Marışlı kənd orta məktəbini bitirmişdir. 1999-2003-cü  illərdə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Coğrafiya” fakültəsinin bakavalavr pilləsini, 2005-ci ildə həmin fakultənin “Landşaftşünaslıq” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə  bitirmişdir.  5 dekabr 2011-ci  ildə AMEA  akad. H.Ə.Əliyev adına  Coğrafiya  İnstitutunun  Elmi Şurasının qərarı ilə, 05 saylı protokol “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə qiyabi doktorant qəbul olunmuşdur. 

     50-yə yaxın elmi məqalə və tezisin müəllifidir.
   2018-ci ildən Bakı Qızlar Universitetində “Sosial-pedaqoji” fakültənin dekanı  vəzifəsində çalışır.