Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Məhəmməd Abduyev Abdu oğlu

Professor
mehemmedabduyev@bqu.edu

1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında   anadan olmuşdur. 1983- 1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Geologiya-coğrafiya fakültəsinin  əyani şöbəsini  fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsində baş laborant kimi başlamışdır. 1992-ci ildən AMEA Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1989-cu ildə “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə Coğrafiya İnstitutunun əyani aspiranturasına daxil olmuşdur.

İşlədiyi müddətdə 16 elmi hesabatı yerinə yetirmiş, 1 monoqrafiya, 1 dərs vəsaiti, 140 elmi məqalə, 12 tezis və 7 tədris proqramı nəşr etdirmiş, 40 yerli və beynəlxalq konfranslarda iştirak edərək sertifikat və diplomlarla təltif olunmuşdur. 3 kitabın elmi redaktoru, 7 kitabın və onlarla məqalənin rəyçisi olub.  2014-2018-ci illərdə AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən DO1.091 Dissertasiya Şurasının, 2019-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın Coğrafiya üzrə Ekspert Şurasının üzvü olub. Hazırda akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.23 Dissertasiya Şurasının sədri, Coğrafiya İnstitutunun Elmi Şurasının, “Sudan istifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin, ADPU Böyük Elmi Şurasının, ADPU və SDU “Xəbərlər” jurnalının redaksiya heyətinin üzvüdür.2014-cü ildən ADPU-nun Tarix və Coğrafiya fakültəsinin “Ümumi coğrafiya” kafedrasında müdir vəzifəsində çalışır. 

2008-ci ildən Bakı Qızlar Universitetin “Tarix “ kafedrasında professor kimi fəaliyyət göstərir.