1991-ci il oktyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1998-2005-ci illərdə Bakı Şəhəri Qaradağ rayonu E.Şirəliyev adına 274 nömrəli məktəbdə başlamış və Binəqədi rayon 306 saylı tam orta məktəbdə davam etdirmişdir. 2009-2013-cü illərdə ADPU-nun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə bakalavr təhsili alıb, 2013-2015-ci illərdə isə ADPU-nun Ümumi psixologiya ixtisası üzrə magistr, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantura pilləsində Ümumi psixologiyası ixtisasından fəlsəfə doktoru proqramı üzrə təhsil almışdır.
2015-2022-ci illər ərzində ADPU-nun Ümumi psixologiya kafedrasında müəllim, 2019-cu ildən Psixologiya Elmi Tədqiqat İnstitutunda psixoloq vəzifəsində işləmiş və 2023-cü ildən orada “Əlavə təhsil və innovasiyalar “şöbəsinin müdridir. 2022-ci ildən isə BQU-nun Psixologiya kafedrasında baş müəllim vəzifəsində çalışır. 23 adda elmi əsərin, ali təhsilin bakalavriat səviyyəsi üçün tərtib edilmiş bir neçə fənn proqramlarının müəllifidir. Respublika, yerli və xaricdə təşkil olunmuş beynəlxalq konfransların iştirakçısıdır. Elmi-praktik psixoloji seminarlarda, təlimlərdə, vebinarlarda mütəmadi olaraq iştirak edir, iştirak etdiyi təlimlərdə beynəlxalq səviyyəli sertifikatlara layiq görülmüşdür.
2022-ci ildən isə BQU-nun “Psixologiya” kafedrasında baş müəllim vəzifəsində çalışır.