1967-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olmuşdur. Orta təhsilini Yevlax rayonunun Qaraoğlan kənd orta məktəbində almışdır. 1985-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti Məktəbəqədər tərbiyə fakültəsinin “Pedaqogika və psixologiya” ixtisası üzrə təhsil almışdır.
1989--cu ildə Mingəçevir şəhər 11 №li körpələr evi-uşaq bağçasında tərbiyəçi kimi əmək fəaliyyətinə başlamış, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun dissertantı olmuşdur.
2002-2007-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun (Mingəçevir filialı) "Pedaqogika və ictimai elmlər" kafedrasında baş müəllim vəzifəsində fəaliyyət göstrmişdir.. 2007-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Elmi Pedaqoji Tədqiqatlar Mərkəzinin "Təhsilin konseptual problemləri" şöbəsində aparıcı elmi işçi, 2012-2016-cı illərdə Bakı Qızlar Universitetində "Pedaqogika" kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2015-ci ildən ADPU-nun "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" kafedrasına baş müəllim və 2018-ci ildən həmin kafedranın dosenti seçilmişdir.
Bir monoqrafiya, üç dərs vəsaiti, üç metodik vəsait (1-i şərikli), on dörd proqram, qırxdan çox elmi məqalə və tezisin müəllifidir. İnpakt faktorlu jurnallarda dörd elmi məqalənin müəllifidir. O, Beynəlxalq və Respublika konfranslarında elmi məqalə və tezislərlə çıxışlar edib.
2012-ci ildən Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasında dosent olaraq fəaliyyət göstərir və fakültə Elmi-Metodiki Şurasının və Universitet Elmi-Metodiki Şurasının üzvüdür.