1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1981-1991-ci illərdə orta, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqogika və psixologiya” ixtisası üzrə ali, 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ümumi psixologiya” ixtisası üzrə doktoranturada təhsil almışdır. 2004-cü ildə Bakı Dövlət Universitetinin Psixologiya üzrə İxtisaslaşdırılmış Şurasında “Dini şüur səviyyəsində özünüdərkrtmənin xüsusiyyətləri” adlı mövzuda dissertasiya müdafiə etmişdir. 2018-ci ildən AAK tərəfindən dosent elmi adı almışdır. 50-yədək elmi məqalənin müəllifidir.
2011-ci ildən Bakı Qızlar Universitetinin tədris şöbəsinin müdiridir və “Psixolologiya” kafedrasında dosent olaraq fəaliyyət göstərir.