Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Piriyeva Təranə Zakir qızı

Baş müəllim
piriyevaterane@bqu.edu.az

   18 iyun 1984-cü ildə Lənkəran şəhərində müəllim ailəsində anadan olmuşdur. 1991-2001-ci illərdə Gəncə şəhər 13 nömrəli tam orta məktəbdə təhsil almış, 2005-ci ildə Gəncə Dövlət Universitetinin “Pedaqogika və psixologiya” ixtisası üzrə bakalavriat səviyyəsini, 2008-ci ildə ADPU-nun “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə ali təhsilin magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2008-2013-cü illərdə özəl sahədə kadrlar üzrə müfəttiş vəzifəsində, 2013-2022-ci illərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərmişdir. 2020-2024-cü illərdə Təhsil İnstitutunun doktorantura səviyyəsində təhsil almışdır. 

    Dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində  tanınan beynəlxalq və yerli jurnallarda dərc edilmiş 12 elmi məqalənin, o cümlədən 3 beynəlxalq, 2 yerli olmaqla konfranslarda dərc edilmiş tezisin müəllifidir.

2019-cu ildən Bakı Qızlar Universitetinin “Pedaqogika”  kafedrasında baş müəllim olaraq fəaliyyət göstərir.