14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur.
1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi, 1981-ci ildə Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat, fizika və əmək müəllimi, 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim , 1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat kimi əmək fəaliyyətini davam etdirmişdir.
1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vurmuşdur.
1987-ci ilin noyabrında həmin institutda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalşmışdır.
2000-ci il dekabr ayının 11-dən Azərbaycan Respublikasının Təhsil Problemləri institutunda Elmi-pedaqoji kadr hazırığı şöbəsinə müdir vəzifəsində çalışır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
2008-ci ilin fevralından Azərbaycan Respublikası “Təhsil Şurası” ictimai birliyinin idarə heyətinin üzvüdür. “Qızıl Qələm” media mükafatı laureatıdır. 2008-ci ildə ona “YUNESKO müəllimi” fəxri adı sertifikatı verilmişdir (Kazan şəhəri).
2008-ci ilin sentyabr ayında Rusiya Federasiyasnın 3-cü dərəcəli «Долг и честь» ordeni ilə təltif edilmişdir. 2009-cu ilin dekabrında Rusiya Federasiyası Elm və Təhsil nazirliyinin Pedaqoji elmlər sahəsində qazandığı nailiyyətlərinə görə K.D. Uşinski adına medallı ilə təltif edilmişdur. RTA-nın Prezidiumunun 2017-ci il tarixli qərarı ilə “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülüb. RTA-nın təqdimatı ilə EUROPEAN SCIENTIFIC AND INDUSTRIAL CONSORTIUM tərəfindən 2018-ci ildə “LABORE ET SCIENTIA” – ordeni ilə təltif edilib.
350-dən artıq çap olunmuş elmi əsəri: monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, metodik vəsait, proqramların və məqalələrin müəllifidir.
2014-cü ildən Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının professoru olaraq fəaliyyət göstərir.