Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Səmədov Oktay Cilovxan oğlu

Dosent
semedovoktay@bqu.edu.az

  18 oktyabr 1959-cu il tarixində Hacıqabul şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1966-1976-cı illərdə Hacıqabul şəhər 5 saylı tam orta məktəbdə, 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakültəsində təhil almışdır. 1996-1999-cu illərdə Azərbaycan Respublikası Elmi-Tədqiqat Təhsil Problemləri İnstitutunda Ümumi Pedaqojika, Pedaqojika tarixi və nəzəriyyəsi üzrə dissertant olmuşdur.1981-ci ildən 1986-cı ilə qədər Əli-Bayramlı şəhər Təhsil şöbəsində metodist,1986-1991-ci illərdə  isə baş inspektor vəzifəsində çalışmışdır. 

    1991-ci ildə yeni yaradılmış Hacıqabul rayon Təhsil şöbəsinə müdir müavini, 1993-cü ildə irəli çəkilərək Hacıqabul rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə millət vəkili seçilmiş və 2005-ci ilin dekabr ayına qədər Milli Məclisinin deputatı olmuşdur. 2006-cı ilin mart ayında  Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədr müavini təyin edilmişdir. 2008-ci ildə İsveçrədə Beynəlxalq Müəllif Hüquqları üzrə kursda təhsil almış, müvafiq sertifikat əldə etmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 279 saylı tam orta məktəbin direktoru təyin edilmişdir. Azərbaycan Respublikasının “Qabaqçıl Maarif Əlaçısı” döş nişanı ilə təltif edilmişdir. 

     2019-cu ildən Bakı Qızlar Universitetinin  “Pedaqogika” kafedrasında dosent vəzifəsində çalışır.