24 aprel 2001-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 2007-2018-ci illərdə Xırdalan şəhər 8 saylı tam orta məktəbi müvəffəqiyyətlə başa vurmuş, 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinə daxil olub, daha sonra “SABAH qrupları” fakültəsində Məktəbəqədər təhsil ixtisasını davam etdirmişdir. 2022-ci ildə fərqlənmə ilə təhsilini başa vurub, Elm və Təhsil Naziri tərəfindən sertifikatla təltif olunmuşdur.
2022-2024-ci illərdə Bakı Qızlar Universitetinin Pedaqogika ixtisasına qəbul olmuş, fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasında baş müəllim kimi çalışır.