Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Fuad Xəzani oğlu Məmmədov

Baş müəllim

Fuad Xəzani oğlu Məmmədov 1985-ci il mayın 11-də Bakı şəhərində anadan olmuşdur.

1992-2003-cü illərdə Bakı şəhərində 257 nömrəli (1992-1995-ci illərdə) və 55 nömrəli (1995-2003-cü illərdə) tam orta məktəblərdə təhsil almışdır. 2003-cü ildə orta məktəbi bitirib Milli Aviasiya Akademiyasının Beynəlxalq hüquq ixtisasına daxil olmuşdur. 2008-ci ildə Milli Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.

2008-2009-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etmişdir.

Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (ITSO) və Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecinin (American University Washington College of Law (AUWCL)) 2015-ci il 14 sentyabr - 8 dekabr tarixlərində birgə təşkil etdiyi “Beynəlxalq Kommunikasiya Tənzimlənməsi və Siyasətinin Əsas Prinsipləri” mövzusunda onlayn kursda iştirak edərək sertifikat əldə etmişdir.

2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasına qəbul olmuşdur və hazırda həmin ixtisas üzrə qiyabi formada təhsil alır.

2005-2008-ci və 2009-2011-ci illərdə “İxtisaslaşdırılmış Mexanikləşdirmə ANKZ” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə, o cümlədən 2007-2008-ci və 2009-2011-ci illərdə hüquqşünas vəzifəsində işləmişdir.

2011-ci il oktyabrın 7-dən 2013-cü il mayın 20-dək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsində böyük məsləhətçi vəzifəsində, 2013-cü il mayın 20-dən 2014-cü il avqustun 18-dək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin Hüquqi təminat sektorunda böyük məsləhətçi vəzifəsində, 2014-cü il avqustun 18-dən 2015-ci il dekabrın 12-dək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və insan resursları şöbəsinin Hüquqi təminat sektorunda böyük məsləhətçi vəzifəsində, 2015-ci il dekabrın 12-dən 2017-ci il fevralın 13-dək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq şöbəsində böyük məsləhətçi vəzifəsində, 2017-ci il fevralın 13-dən 2018-ci il fevralın 7-dək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq şöbəsində böyük məsləhətçi vəzifəsində işləmişdir.

2018-ci il fevralın 7-dən 2019-cu il dekabrın 17-dək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Hüquqi təminat və nəzarət işinin təşkili şöbəsinin müdiri vəzifəsində, 2019-cu il dekabrın 17-dən 2021-ci il oktyabrın 20-dək Hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2021-ci il oktyabrın 21-dən 2023-cü il martın 1-dək Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsində işləmişdir.

2023-cü il martın 2-dən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsində işləyir.

2023-cü il 15 sentyabr tarixindən Bakı Qızlar Universitetində baş müəllim vəzifəsində işləyir.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Mütəmadi olaraq elmi-praktik seminar və təlimlərdə iştirak edir