Cavid Musa Vəkil oğlu 1989-ci ildə anadan olmuşdur.
2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Korreksiya edici təlim" ixtisası üzrə bakalavr, 2015-ci ildə Türkiyədə Trakya Universitetində eyni ixtisas üzrə magistratura məzunu olmuşdur.
2022-ci ildə Kanadada Thompson Rivers Universitetində "Master of Education" bölməsini qazanmışdır.
Hazırda Bakı Dövlət Universitetində "Korreksiya pedaqogikası" ixtisası üzrə doktorantura təhsili alır. Eyni zamanda ədəbi və bədii yaradıcılıq ilə məşğuldur.
2015-ci ildən özəl psixologiya mərkəzlərində loqoped kimi fəaliyyət göstərir.
Hazırda 2025-ci ildən Bakı QızLar Universitetinin “Psiixologiya” kafedrasında baş müəllim kimi çalışır.