TEC-in konfransı keçirilmişdir

Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyətinin Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 99 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyinə həsr olunmuş “Müasir dünyada təhsil: elmi axtarışlar və innovasiyalar” mövzusunda XXV konfransı keçirilmişdir.

Konfransının əvvəlində universitetin rektoru, professor Sevin Rəhimova universitet Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasında müstəsna xidmətlərinin qeyd edərək bu kimi tədbirlərin böyük əhəmiyyətini vurğuladı. Tələbələrimizin bu kimi konfranslarda iştirakının məntiqi nəticəsi olaraq rayon və respublika miqyaslı tədbirlə qazanılan uğurları konkret nümunələrlə diqqətə çatdırdı. Rektor qeyd etdi ki, bu tədbirdə 184 tələbə iştirak edir ki, onlardan da 140-ı bakalavriat, 44-ü isə magistrantlardır. Tələbələrdən 8-nin plenar, digərlərinin isə bölmə iclaslarında iştirakı nəzərdə tutulmuşdur. Həmçinin qeyd olundu ki, konfransda Bakı Qızlar Universiteti ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin və Lənkəran Dövlət Universitetinin də tələbələri iştirak edirlər.

Sonra konfransın plenar iclasında çıxışları nəzərdə tutulan tələbələrin məruzələri dinlənilmişdir.

Konfransın sonunda Tələbə Elmi Cəmiyyətinin ötən konfransında fərqlənən və fəal tələbələrə fəxri fərmanlar təqdim olunmuşdur.

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.