Key words: temporal markers, chronological sequence, narrative time, temporal organization of the text
Xülasə
Məqalədə temporativ markerlərin bədii mətnlərin quruluşunda və inkişafında oynadığı rol tədqiq olunur. Tədqiqat John Steinbeckin Qəzəb Salxımları və Anar Rzayevin Beşmərtəbəli Evin Altıncı Mərtəbəsi əsərləri üzərində aparılmışdır. Genette, Fludernik və Chatman kimi nə zəriyyəçilərin naratoloji yanaşmalarına əsaslanan araşdırma zamanı zaman ifadələrinin – zərf lər, fel zamanları və xronoloji göstəricilər kimi – narrativin ardıcıllığına, struktur bütövlüyünə və personajların qavranılmasına təsiri araşdırılmışdır. Təhlil göstərir ki, Steinbeck ardıcıl və irəliləyən zaman strukturlarından istifadə edərək Joad ailəsinin sosial-iqtisadi mübarizələrini əks etdirir, Anarın mətnində isə zaman dəyişmələri daha parçalı və düşüncəlidir, daxili vəziy yətlərə və psixoloji dərinliyə önəm verilir. Müqayisə nəticəsində qərb və Azərbaycan ədəbiy yatlarında temporativ quruluşun mədəni və üslubi xüsusiyyətləri önə çıxarılır. Məqalə göstərir ki, temporativ markerlər mətnin zaman quruluşunu və oxucunun yaddaş və zaman qavrayışını formalaşdırmaqda mühüm vasitədir.
Con Steynbekin “The Grapes of Wrath” və Anar Rzayevin “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərlərində temporal markerlərin hekayə quruluşunda rolu
The role of temporal markers in the construction of narratives in john steinbeck’s “the grapes of wrath” and in Anar Rzayev’s “the sixth floor of the five story building