Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

01-02-2024

Diqqət! Diqqət! Tələbələrin nəzərinə!

Diqqət! Diqqət! Tələbələrin nəzərinə!

Diqqət! Diqqət! Tələbələrin nəzərinə!

Bakı Qızlar Universiteti tələbələr arasında Bədii Yaradıcılıq Müsabiqəsi keçirir. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş müsabiqəyə tələbələrimiz özlərinin müəllifləri olduqları şeir, esse və hekayələri ilə qatıla bilərlər. Nümunələr müsabiqə komissiyası tərəfindən oxunulacaq və qaliblərin adları 21 Mart Poeziya günü və Novruz bayramına həsr olunmuş tədbirdə elan olunacaq. Nümunələri göndərərkən ad, soyad, atanızın adı, qrupunuzu və əlaqə nömrənizi də qeyd etməyiniz xahiş olunur.

Qeyd: Şeir, esse və hekayələriniz 10 mart 2024-cü ilə qədər qəbul olunacaq. Nümunələri Times New Roman 14 şriftlə

aygunceferova83@mail.ru elektron ünvanına göndərə bilərsiniz. Hörmətlə, Bakı Qızlar Universiteti Tələbə Gənclər Təşkilatı



Bütün xəbərlər

Bütün elanlar