Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Quliyeva İlahə Fikrət qızı

Quliyeva İlahə Fikrət qızı
“Sosial-pedaqoji” fakültənin dekanı
ilahequliyeva@bqu.edu.az
(012) 494 69 86

Quliyeva İlahə Fikrət qızı 1982-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. 1999-cu ildə Salyan rayon Marışlı kənd orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Coğrafiya” fakültəsinə daxil olmuş, 2003-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə həmin fakultənin “Landşaftşünaslıq” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 5 dekabr 2011-ci  ildə AMEA  akad. H.Ə.Əliyev adına  Coğrafiya  İnstitutunun  Elmi Şurasının qərarı ilə, 05 saylı protokol “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə qiyabi doktorant qəbul olunmuşdur. 2018-ci ildə “Talış dağlarının müasir landşaftlarının inkişaf dinamikası və onların rekreasiya potensialının qiymətləndirilməsi”  adlı  dissertasiya işini uğurla müdafiə etmişdir. 50-yə yaxın elmi məqalə və tezisin müəllifidir.
   2018-ci ildən Bakı Qızlar Universitetində “Sosial-pedaqoji” fakültənin dekanı  vəzifəsində çalışır.