31 oktyabr 1988-ci ildə Fizuli rayonunda anadan olmuşdur. 1996-cı cı ildə Bakı şəhəri Xətai rayonu 264 saylı məltəb liseyə qəbul olmuş 2007-ci ildə oranı yüksək qiymətlərlə başa vurmuşdur.
31.10.1988-ci ildə Füzuli rayonu İşıqlı kəndində anadan olmuşadur. Xətai rayonu 264 saylı məktəb-liseyə qəbul olmuş və həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
2009-cu il bakalavr pilləsi üzrə Bakı Qızlar Universiteti "Tarix müəllimliyi" ixtisası üzrə daxil olmuş, 2013-cü ildə həmin universiteti bitirmişdir.
2014-cü ildə Bakı Dövlət Universitetinin "Qədim dünya tarixi" ixtisası üzrə magistratura pilləsinə ödənişsiz əsaslarla qəbul olmuş, 2016-cı ildə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
İlk pedaqoji fəaliyyətinə bakalavr təhsili aldığı Bakı Qızlar Universitetində başlamışdır. 2018-ci ildən Universitetin “Tarix” kafedrasının baş müəllimi kimi çalışmağa başlamışdır.
Pedaqoji fəaliyyətlə yanaşı Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun "Ümumi tarix" şöbəsinin dissertantıdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "2022-ci ilin Peşəkar Gənci" adına layiq görülmüşdür.
2024-cü ildən Bakı Qızlar Universitetinin “Filologiya-tarix” fakültəsində dekan müavini vəzifəsində çalışır.