Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

Tədris şöbəsinin hesabatı

Tədris şöbəsinin 2022/2023-cü tədris ili üçün

 

HESABATI

    Tədris şöbəsi universitetin akkumlyatoru kimidir, hər yerə buradan enerji gedir. Tədris şöbəsi universitetin həm təşkilati, həm tədris-metodiki, həm də tərbiyəvi işlər üzrə bir çox məsələlərinin həllində bilavasitə iştirak edir və ya adı çəkilən sahələrə ümumi nəzarət edir. Bu baxımdan 2022/2023-cü tədris ili şöbə üçün çox verimli olmuş, universitetin tədris işlərinin nizamlanmasında və həyata keçirilməsində fəal iştirak etmişdir.

        Belə ki, 2022/2023-cü tədris ilində  fakültə və kafedralarda tədris işlərinin təşkilini həyata keçirmək üçün müxtəlif işlər görülmüşdür, buraya tədris planlarının (2020-ci ildə təsdiq edilmiş) təkmilləşdirilməsi, ayrı-ayrı ixtisaslar və  kurslar üzrə  işçi tədris planlarının hazırlanmasına, dərs yüklərinin kafedralar üzrə bölgüsünə və yerinə yetirilməsinə nəzarət daxildir.

   Vacib məqamlardan biri 2022/2023-cü tədris ili üzrə  universitetdə 6 müxtəlif kafedra üzrə  ştat cədvəlinin müəyyənləşdirilməsidir. Kafedralarda professor-müəllim, eləcə də tədrisə yardımçı heyət ştatlarının müəyyənləşdirilməsi şöbənin əsas işlərindən biridir. Bu tədris ilində 6 müxtəlif kafedra üzrə 103 müəllim tədris fəaliyyətinə başlamış, tədris ilinin sonunda professor-müəllim heyətinin tərkibində müəyyən dəyişikliklər olmuşdur.

   Tədris şöbəsi universitetin tədris-metodiki işlərlə bağlı bütün məsələlərinin həllində iştirak edir. Universitetin Tədris şöbəsində tələbə-məzun məlumatlarının dinamikasını izləmək üçün 3 müxtəlif sayt üzrə iş gedir.   Tədris şöbəsi həm tələbə-məzun saytı, həm  AR Elm və Təhsil Nazirliyinin diplom məlumatları saytı (dts.edu.gov.az), həm də AR  Elm və Təhsil Nazirliyinin  ali və orta ixtisas təhsil məlumatlarının alt sisteminin müvafiq saytı (atis.edu.az) ilə bağlı işlərə nəzarət edir. 2022/2023-cü tədris ilində  adı çəkilən 3 saytın hər birində tələbə-məzun məlumatları işlənmişdir.

           Tədris şöbəsi il ərzində fakültə və kafedralarda tədris işlərinin təşkil edilməsinə ciddi nəzarət edir. Belə ki, tədris yüklərinə dair tapşırıqların hazırlanması, tədris yüklərinə dair tapşırıqların fakültələrə və kafedralara   çatdırılmasını təmin etmək ən vacib məqamlardandır. 2022/2023-cü tədris ilində şöbə kafedralar üzrə dərs yüklərinin bölgüsünə, tədris ili ərzində dərslərin tədris planına uyğun  keçirilməsinin təşkili, tələbələrin kurs imtahanlarının keçirilməsinə nəzarət etmişdir.

Tədrislə bağlı  statistik məlumatların hazırlanması və aidiyyəti üzrə göndərilməsinə rəhbərlik şöbənin əsas işlərindən biridir. Bu tədris ilində statistik məlumatlar hazırlanmış və AR Elm və Təhsil Nazirliyinin ststistika şöbəsinə təqdim edilmişdir.

İmtahan öncəsi  kafedralarda  fənlər üzrə məsləhət saatlarının təşkilinə və keçirilməsinə, tələbələrin akademik borclarının ləğvinə, tələbələrin dərsə davamiyyətinə nəzarət şöbənin əsas işlərindən biridir. Tədris ili ərzində mцяллимляринин дярсляриндя  иштирак, payız вя йаz semestrinin имтащан sessiyasına щазырлыğın təşkili, payız вя йаz semestri имтащан sessiyası cədvəllərinin hazırlanması, payız вя йаz semestri имтащан sessiyasına nəzarət, iмтащан сесsийасынын нятиъяляринин təhlili, tələbələrin akademik borclarının ləğvinə nəzarət, tələbələrin tədris, istehsalat təcrübələrinin təşkilinə və keçirilməsinə nəzarət əsas məsələlərdəndir.

        Tədris şöbəsi universitetin tərbiyəvi tədbirlərində də fəal iştirak edir. Байрам эцнляри яряфясиндя keçirilən тяdbирлярdə  iştirak, tялябялярдя вятянпярвярлик щиссляринин ашыланмасы сащясиндя иш апармаг, tялябя və müəllimlər arasında psixoloji iqlimin yaxşılaşdırılması üzrə işin təşkili əsas prooritet məsələlərdəndir. 2023-cü ilin 7-8 mart tarixlərində Bakı Qızlar Universitetində keçirilmiş ULUSLARARASI "DÜNYA KADIN" KONGRES-ində кафедраlar üzrə  ямякдашларын фяал иштираkыны тямин етмişdir. Azərbaycanın тарихи эцнляринин (Азярбайъан Республикасынын йаранмасы эцнц, Милли Гуртулуш эцнц, Силащлы Гцввяляр эцнц, Мцяллимляр эцнц, Новруз байрамы) кафедраlar вя групларда гейд едилмяси ilə bağlı təbbirlərdə iştirak etmək şöbənin iş planına daxildir.

           Tədris şöbəsi il ərzində fakültə və kafedralarda tədris işlərinin təşkil edilməsinə ciddi nəzarət edir. Belə ki, tədris yüklərinə dair tapşırıqların hazırlanması, tədris yüklərinə dair tapşırıqların fakültələrə və kafedralara   çatdırılmasını təmin etmək ən vacib məqamlardandır. 2023/2024-cü tədris ili üçün şöbə kafedralar üzrə tədris tapşırıqlarını hazırlamış, kafedra müdirlərinə dərs yüklərinin bölgüsü məqsədilə verilmişdir. 

           Tədris şöbəsinin iш планы Bakı Qızlar Universiteti Elmi Şurasının iclasında müzakirə olunaraq təsdiq edilir.

 

 

Tədris şöbəsinin müdiri:                              Ulduz Qəzvini

 

15.07.2023-cü il.