Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

Aslanova Aytən Arif qızı

 Aslanova Aytən Arif qızı 01.01.1992.ci ildə Bakı şəhəri Pirallahı qəsəbəsində anadan olmuşdur. 11ilik təhsilini 168saylı orta məktəbdə başa vurduqdan sonra 2009cu ildə Bakı Qızlar Universitinin Filologiya- tarix fakültəsinin “Xarici dil(ingilis)müəllimliyi” ixtisasına qəbul olmuş 2013-cü ildə bakalavr təhsilini başa vurmuşdur. Universitet illərində aktiv tələbə həyatı olub,qrup nümayəndəsi kimi  bu vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirmişdir. 2016cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Sosial Psixoloji xidmət ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşdur. 2018-ci ildə yüksək qiymətlərlə müdafiəi edərək təhsilini başa vurmuşdur.
2016-cı ildə Azərbaycan Loqopediya Akademiyasını təsis edərək burada Xüsusi qayğıya ehtiyacı olan kəslərə reabilitasiya görmək imkanları yaratmışdır və paralelində tələbə hazırlıqlarına başlamışdır. Təhsilini genişləndirmək üçün 22.01.2017 ci ildə İstanbul Disleksiya Vakfının Bakıda keçirdiyi “Disleksiya”təlimində iştirak etmiş,  18.02.2017ci ildə ilk dəfə olaraq Azərbaycana  Türkiyədən MMPİ (çoxtərəfli şəxsiyyət ölçmə testi) tətbiqetmə hüququnu qazanaraq gətirmişdir.
19.02.2017ci ildə İstanbulda keçirilən “Zehin-akıl haritaları”təlimi
01-03.05.2017ci ildə Azərbaycan Psixologiya və Psixoterapiya Assosiasiyası tərəfindən təşkil olunmuş “Təhsildə xüsusi uşaq və yeniyetmələrlə iş prinsipləri, metodları və strategiyaları” 2-ci modulunu uğurla bitirdiyi üçün təltif olunmuşdur.
02-03.06.2017ci ildə Klinik refleksoloq Neslihan Ulusan-ın keçdiyi “Mental retardation and reflexology therapy with autistic children”adli təlimi ugurla başa vurmuşdur.
02-03.09.2017ci ilde Moskva şəhərində keçirilən “запуск речи у неговорящих детей(аутизм,алалия) 
09.09.2017ci ildə Moskva şəhərində keçirilən “звуковая культура речи”adlı təlimdə , 30.07.2018ci ildə Moskva şəhərində keçirilən “Заикание"təlimində ,31.07.2018ci ildə “Вестибулярные пластинки и трейнеры в практике логопеда"təlimində iştirak etmişdir.
2018-ci ildə Moskva şəhərində Loqoped Plus məktəbində yüksək ixtisaslaşma keçmişdir.
15-16.06.2019-cu ildə Tatyana Vizel tərəfindən keçirilən “Uşaqlarda nitqin kobud pozuntusu “ “Beyin mexanizmləri,neyrokorreksiya,Alaliyanın diferensial diaqnostiksı və nitqin yenidən (ikinci dəfə) pozulması”
28.03.2019cu ildə İstanbulda keçirilən “Çocuklarda resim yorumlama egitimi” ,29.03.2019cu ildə İstanbulda keçirilən “Oyun terapisi Uygulama egitimi” keçmişdir. 2019cu ildə  İstanbulda Brussels Capital Universitetində Klinik Refleksologiya üzrə uzmanlıq dərəcəsi almışdır.
2019-cu ildə İstanbul Çocuk Nörölöji Kliniğində dk.Barış Ekicinin “Neuroplay”təlimini keçmiş və ilk dəfə olaraq bu təlimi Azərbaycana  gətirərək tətbiq etmə hüququ qazanmışdır.
04-05.01.2020ci ildə Bakıda keçirilən  “Tейпирование в логопедии "adlı Beynəlxalq təlim və konfranslarda iştirak etmişdir. 
Dəfələrlə  göstərdiyi uğur və yüksək nailiyyətlərə görə müxtəlif diplom və ödüllərə layiq görülmüşdür.
İlin mütəxəssisi 19.01.2020;  Caspian Awards-un təltif etdiyi Peşəkar Loqoped; Türkiyə Zirvə ödülləri 2021 ;  Lider tv tərəfindən İlin ən Yaxşısı 2021 və s.kimi bir çox nailiyyətlərə imza atmışdır.
Hal - hazırda Sağlam Uşaq psixologiya və nitq inkişafı mərkəzinin təsisçi direktoru vəzifəsində çalışır. Danışmayan uşaqları danışdırmaq ,ailələri sevindirməkdən böyük zövq alır. Bu illər ərzində sayəsində  nitqi açılan və bərpa olan kəslərin sayı yüzləri keçib