Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

Nuriyeva Ülkər Asif qızı

Nuriyeva Ülkər Asif qızı 29.03.1995- ci ildə Bakı şəhərində anadan olmuşdur. Təhsilini Bakı şəhər 287 saylı Zəkalar liseyində bitirdikdən sonra 2012-2016-cı  illərdə Bakı Qızlar Universitetinin Xarici dil(ingilis dili müəllimliyi)fakultəsində təhsil almışdır. 2016-2018-ci illər ərzində Kids Baku ,Baby on board uşaq bağçası və tədris mərkəzlərində həmçinin Gold language tədris mərkəzində ixtisası üzrə fəaliyyət göstərmişdir. 2018-ci  ildən iş fəaliyyətinə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında  İstifadəçilərə xidmət şöbəsinin lokal şəbəkədən istifadə üzrə oxu  zalı bölməsində kitabxanaçı vəzifəsində işə başlamışdır . Bu illər ərzində  O, Baku Book Fair -Bakı Kitab sərgisində  kitabxana adından iştirak etmişdir. 2022-ci  ildə Azərbaycan Texniki universitetinin MBA Biznesin təşkili və idarə edilməsi(Səhiyyənin idarə edilməsi)üzrə ixtisasa qəbul olmuşdur. Hazırda təhsilini davam etdirib diplom müdafiəsinə hazırlaşır.