Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

Dibirova Züleyxa Cavad qızı

Dibirova Züleyxa Cavad qızı

22.06.1984-cü il tarixində Balakən rayonunda anadan olmuşdur. 2001-ci ildə orta təhsilini Amin Novruzov adına humanitar və texniki təmayüllü liseydə almışdır. Elə həmin il  Bakı Qızlar Universitetinin Filologiya fakultəsinə daxil olmuş, 2005-ci ildə  qırmızı diplomla başa vurmuşdur. Pedaqoji fəaliyyətə Balakən rayonu Nizami adına 1 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 2006-cı ildə Şimali Kipr Türk Cumhuriyyətində  7 il yaşamış və həmin  illər ərzində, Kıbrıs Tüp Bebek Mərkəzində , Olgun&Co.LTD şirkətində və Pamuk Şekerim Kreş və Anaokulunda müxtəlif vəzifələrdə çalışmışdır. 2014-cü ildə Balakən rayonu  R.Səmədov adına şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında müdir vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin müəssisədə  fəaliyyətini davam etdirir. Eyni zamanda,  2017-ci ildən Balakən rayon Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü və Qadınlar Şurasının Sədri vəzifələrini icra edir.