Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

Nərmin Musayeva Əsəd qızı

Nərmin Musayeva Əsəd qızı

 2003-cü il  Bakı Qızlar Universiteti “Filologiya-tarix” fakültəsunə  daxil olmuş, 2008-ci ildə fərqlənmə doplomu ilə bitirmişdir. 

2013-cü ildən etibarın Azəebaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi ilə respublikanın bir çox bölgəsində layihələri gerçəkləşdirən Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin təlimçisi kimi fəaliyyət göstərmişdir.“Yeni fənn kurikulumlarının tətbiqi”, “Həmkara dəstək”, “İntel-gələcək üçün təhsil”, MTMB, Hibrid öyrənmə, Onlayn ünsiyyət və s kimi layihələrdə  də təlimçi olaraq fəaliyyət göstərmiş,  respublikamızın fərqli bölgələrindən  olan onlarla müəllimlərə təhsildəki yeni texnologiyaların öyrənilməsində dəstək olmuşdur..

2014-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil Müsabiqəsi” də 2-ci yerin qalibi olmuşdur..

2014-2015-ci ildə keçirilmiş müsabiqədə Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı müəllim” adına layiq görülmüşdür.

2015-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş “Gələcək-müəllimin əsəridir” adlı müsabiqənin qalibi olmuşdur.

2015-ci ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” adına layiq görülmüş və  2014-2017-ci illər ərzində Dövlət İmtahan Mərkəzində ekspert müəllim olaraq işləmişdir. 

Hal-hazırda Şəki şəhər 5 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi və İTE Azərbaycan əlavə təhsil mərkəzində təlimçi olaraq işləyir.