Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

Soltanova Könül Tarix qızı

Soltanova Könül Tarix qızı. 

1993-cü il 23 sentyabr tarixində Bakı şəhərində anadan olub. Orta məktəbi Sumqayıt şəhərində bitirib. 2011-ci ildə Bakı Qızlar Universitetinin Filologiya-tarix kafedrasının jurnalistika fakültəsinə daxil olub. 2015-ci ildə universiteti bitirib. Təhsil aldığı illərdə 2012-2013-cü illərdə TREND İnformasiya Agentliyində sosial-iqtisadiyyat şöbəsində jurnalist kimi təcrübə keçib. Daha 2014-cü ildə İRƏLİ İctimai Birliyinin nəzdində fəaliyyət göstərən radioda aparıcı DJ kimi fəaliyyət göstərib.   2016-2018-ci illərdə "Telegraf" Holdinq nəzdində olan Publika.az xəbər portalında sosial-iqtisadiyyat şöbəsində jurnalist kimi çalışıb. Çoxsaylı reportaj və müsahibə müəllifidir və yazıları bir çox dövlət qurumlarının - İdman Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və s. jurnalistlər üçün elan etdiyi yazı müsabiqələrinin qalibi olub.  2018-ci ildən bu günə qədər "Global Media Holding" nəzdində fəaliyyət göstərən Oxu.Az informasiya agentliyində sosial-iqtisadiyyat şöbəsində jurnalist kimi çalışır.

Mətbuatda Könül Cəfərli imzası ilə tanınan tələbəmiz gənc jurnalistlər arasında öz dəsti-xətti, üslubu ilə seçilir.