Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

Rüstəmli Fatmaxanım Rüstəm qızı

07.09.1993-cü ildə  Beyləqan rayon, I  Şahsevən kəndində anadan olmuşdur.11 illik təhsil həyatını başa vurduqdan sonra 2011-ci ildə Bakı Qızlar Universiteti Filologiya -tarix Fakültəsinin  “İngilis dili müəllimliyi ”ixtisası üzrə qəbul olmuşdur. 2015-ci ildə isə  universiteti müvəffəqiyyətlə bitirərək, bakalavr təhsilini başa vurmuşdur.
2016-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanında iştirak edərək,Beyləqan rayon Yuxarı Çəmənli kənd məktəbinə daxil olub.2018-ci ildən etibarən isə Bakı şəhəri,Sabunçu rayon 255 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Beynəlxalq və ixtisas yönümlü yerli təlimlərdə iştirak edərək, fərqli sertifikatlarla təltif olunmuşdur. Amerikanın Şimali Karolina Dövlət Universitetinin ingilis dili müəllimləri üçün 4 aylıq  dil proqramını fərqlənmə ilə bitirərək , ADA universitetində keçirilən yekun konfransda təqdimatçı (presenter -mövzu  Engaging Ways of Teaching Grammar)namizəd olan  34 müəllimdən biri olaraq seçilmişdir..
Amerika Səfirliyinin dəstəyilə ilə İngilis dili müəllimləri üçün keçirilən onlayn vebinarlarda mütəmadi olaraq fəallıq göstərir : American English Live : Teacher Development Series 18 sertifikatı ilə təltif olunmuşdur.
Böyük Britaniyada “British Council”, “OFQUAL - Office of Qualifications and Examinations Regulation və “IATEFL - International Association of Teachers of English as a Foreign Language tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsi “Imperial English Azerbaijan” şirkəti tərəfindən keçirilən təlimlərdə iştirakçı olmuşdur.

*Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə "British Council"ın Onlayn Müəllim İcması Platforması vasitəsilə reallaşdırılan, ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş  11 həftə (ümumilikdə 42 akademik saatlıq)davamlı peşəkar inkişaf (DPİ) proqramında iştirak üçün seçilib,yekun olaraq müvəffəqiyyətlə başa vurmuşdur.
Beynəlxalq Sertifikat TKT 1-ə sahibdir.
Dövlət İmtahan Mərkəzində  Marker müəllim kimi fəaliyyət göstərir. Repetitor olaraq hər il çoxlu sayda şagirdləri Dövlət İmtahan  Mərkəzinin təşkil etdiyi buraxılış imtahanında yüksək nəticələr əldə edirlər.
Növbəti hədəfi  Fulbright təqaüdünü qazanmaqdır.