Key words: infertility, infertile men, anxiety disorders, sexual dysfunction, family unity, depression, psychological consultation.
Xülasə
Sonsuzluq tibbi və psixososial bir pozuntudur. Bu məqalədə sonsuzluğun kişi və qadın fak torlarına tibbi və psixoloji təsiri araşdırılır, xüsusilə sonsuz kişi amili və psixoloji aspektləri tədqiq edilmişdir. Araşdırmaların nəticələrinə görə, sonsuzluq kişi amilində bir neçə psixoso matik pozuntuya səbəb ola bilər, məsələn, depressiya, təşviş pozuntuları, həmçinin cinsi dis funksiyalar baş verir və bu vəziyyət cəmiyyətin formalaşdırdığı stereotiplərə görə diqqətdən kənarda qalır. Müəyyən edilmişdi ki, sonsuzluqla əlaqəli stress ailə münasibətlərinə, kişi və qadın rollarına, cinsi həyata mənfi təsiri böyükdür. Psixoloji dəstək alan sonsuz şəxslər və ya cütlüklərdə həyat fəaliyyəti, ailə münasibətləri, cinsi fəaliyyət daha yüksək səviyyədədir. Buna görə də, Səhiyyə sistemində tibbi və psixoloji dəyərləndirmənin və müalicənin paralel tətbiqi zəruridir. Bu məqalə sonsuzluq problemi və sonsuz kişi amilində daha geniş araşdırılmasına və məlumatlılığın artmasına töhfə verə bilər.
Sonsuzluq problemi olan kişilərdə təşviş-həyəcan pozuntuları və digər amillərlə qarşılıqlı əlaqəsi