29 may 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur.1970-1980-cı illərdə Bakı şəhəri 75 saylı orta məktəbi bitirmişdir.
1981- 1985-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi) fakültəsində təhsil almişdır.
1988-ci ildə Azəbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasını (Azərbaycan dili) bitirmişdir.
1985-1998-ci illərdə 71 saylı Texniki Peşə məktəbində müəllim, 1998-2000-ci illərdə 285 saylı orta məktəbdə müəllim vəzifəsində fəaliyyət göstərmişdir.
2000-2003-cü illərdə Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında müəllim və kafedranın müdiri vəzifəzində işləmişdir.
Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsində fəaliyyətini davam etdirir.
“Azərbaycan dilində təxəllüslər” adlı monoqrafiya, “Ölkəşünaslıq” adlı dərs vəsaiti, proqramlar (”Müasir Azərbaycan dili”, “Ölkəşünaslıq”, “Azərbaycan dili”, “Azərbaycan onomologiyasının əsasları” ve s.), müxtəlif elmi konfrans ve simpoziumlarda çıxışlar, 30 dan çox elmi məqalə və tezis müəllifidir.
2023-cü ildən Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri vəzifəsində çalışır.