1972-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Naxçıvan şəhəri 6 sayılı orta məktəbini bitirmişdir. 1992-ci ildə dövlət xətti ilə Ankara Qazi Universitetinə daxil olmuş, 1997-ci ildə universiteti bitirmişdir. 1997-1999-cu illərdə Naxçıvan Dövlət Universitetinin magistratura pilləsində təhsil almışdır. 1998-2001-ci illərdə Naxçıvan Universitetində təcrübə işləri üzrə metodist, 2001-2007-ci illərdə Pedaqogika və psixologiya kafedrasının müəllimi kimi fəaliyyət göstərmişdir. 2004-cü ildə fəlsəfə doktorluğu elmi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 2005-2014-cü illərdə Naxçıvan müəllimlər institutunun Pedaqogika və psixologiya kafedrasının müəllimi, 2007-2014-cü illərdə Naxçıvan Universitetində Pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2005-2010-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının katibi kimi fəaliyyət göstərmişdir. 2014-cü ildə Bakı Qızlar Universitetində Psixologiya kafedrasında dosent, 2015-2016-cı illərdə Bakı Dövlət Universitetində dosent vəzifəsində işləmişdir.
2014-2016-cı illərdə Azərbaycan Təhsil Problemləri İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsində aparıcı elmi işçi, 2016-2017-ci illərdə həmin şöbənin müdiri vəzifəsini yerinə yetirmişdir. 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının, 2022-ci ildən Azərbaycan Universitetinin Sosial İşin Təşkili kafedrasında dosent vəzifəsində çalışır.
70-dən çox elmi məqalə və tezisin, 11 fənn proqramının, 1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 2 metodik vəsaitin müəllifidir.
2024-cü ildən isə Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının dosenti vəzifəsində çalışır.