Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Dəmirova Zərifə Vələd qızı

Dosent
zerifedemirova@bqu.edu.az

03 sentyabr 1963-cü ildə Quba rayonunun Yerfi kəndində anadan olmuşdur.

1980-ci ildə Sumqayıt şəhər 24 saylı orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olmuşdur.. 1985-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1986-1990 illərdə Üİ Geoloji Tədqiqatlar Elmi Tədqiqat İnstitutunun Cənub şöbəsində laborant, mühəndis vəzifələrində çalışmışdır.  1991-2002 illərdə Mingəçevir Politexnik İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.  2002-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında metodist, kafedra müdiri, dekan müavini kimi vəzifələrdə çalışmışdır. 2009-20011 illərdə Bakı Pedaqoji Kadrların Yenidənhazırlanma və İxtisasartırma İnstitutunda kafedra müdiri, dosent kimi fəaliyyət göstərmişdir. 2011-2012 illərdə AMİ Salyan filialında kafedra müdiri, 2012-2014 illərdə təsisçisi olduğu Əlavə Təhsil Mərkəzində direktor kimi, 2014-2018 illərdə SDU-da dosent kimi fəaliyyət göstərmişdir. 2021-ci ildən Azərbaycan Kooperasiya Universitetində dosent vəzifəsində çalışır. 

70-dən çox elmi məqalənin, onlarla proqram və dərs vəsaitinin, 20-dən artıq tezisin, iki monoqrafiyanın müəllifidir, on beşdən artıq məqalə xarici mətbuatda nəşr edilmişdir.

 2025-ci ildən BQU- da Riyaziyyat, İnformatika və təbiət fənləri kafedrasında dosent vəzifəsində çalışır.