1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1997-ci ildə Bakı şəhər 250 nömrəli tam orta məktəbi bitirmiş və həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olmuşdur. 2003-cü ildə universiteti bitirmiş və 2003-2004-cü illərdə Bakı 1 saylı Şəhər Klinik Xəstəxanasında “Nevropatoloq” ixtisası üzrə internatura kursu keçmişdir. 2005-ci ildən 1 saylı Bakı Tibb Kollecində müəllimə işləyir.
2023-cü ildən Bakı Qızlar Universitetinin “Riyaziyyat, informatika və təbiət fənləri” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.