1984-cü ildə Xaçmaz rayonunda doğulub. 1991-2001ci illərdə Bakı şəhəri 129 saylı orta məktəbdə orta təhsili, 2001-2005ci illərdə Bakı Dövlət Universiteti Psixologiya ixtisası üzrə ali təhsil almışdır. 2005-2007ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura təhsili almışdır. 2006-2008ci ildə "Müşfiq" adına ƏUYİB.də uşaq psixoloqu, 2008-2019cu illərdə Yasamal rayonu 38 saylı orta məktəbdə məktəb psixoloqu vəzifəsində çalışmışdır. 2013-2015ci illərdə ADPU Ümumi psixologiya kafedrasında saathesabı müəllim, 2024cü ildən ştat üzrə müəllim kimi çalışır. 2006cı ildən bəri özəl sektorda praktik psixoloq kimi çalışır. Eyni zamanda 2017ci ildən bəri uşaq psixoloqu və layihə yazılışı təlimçisi kimi çalışır və praktik sahəsə tələbələr yetişdirir. Yerli və xarici təlimçilərdən 100dən çox təlim almışdır. 2019cu ildə İstanbul Moodist xəstəxanasında Klinik staj proqramını tamamlamışdır. Eyni ildən Türkiyə "Çözüm Disleksi" dərnəyi ilə əməkdaşlıq sayəsində dərnəyin rəsmi proqramlarının Azərbaycan dilində vəsaitlərin həmmüəllifidir.
2017ci ildə Təhsil Nazirliyi 1ci qrant müsabiqəsində "Region psixoloqlarının praktik maariflərdirilməsi" layihəsinə rəhbərlik edib, bir çox regionlarda məktəb psixoloqlarına təlimlər keçmişdir. 2021ci ildə Sosial Xidmətlər Agentliyinin layihəsində, 2022ci il "İnkluziv cəmiyyət naminə" QHT layihəsində psixoloq olaraq çalışmışdır.Bir neçə tezisin və məqalənin müəllifidir. ADPU-da müəllim olaraq çalışır.
2025-ci ildən Bakı Qızlar Universiteti “Psixologiya” kafedrasında baş müəllim kimi fəlaiyyət göstərir.