Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Cəbrayılov İntiqam Hilal oğlu

Professor
cebrayilovintiqam@bqu.edu.az

15 dekabr 1960-cı ildə Neftçala rayonu Qırmızıkənd kəndində anadan olmuşdur.

1981-86-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində  təhsil almış, Universiteti Tarix-hüquq-ictimaiyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.  1989-1992-ci illərdə Azərbaycan Respublikasının Təhsil İnstitutunda doktoranturanın birinci mərhələsi üzrə (fəlsəfə doktoru proqramı üzrə aspirantura- əyani), 2004-2007-ci illərdə isə həmin institutda doktoranturanın ikinci mərhələsi üzrə(elmlər doktoru proqramı üzrə) təhsil almışdır. 

1986-1989-cu illərdə Neftçala rayonunun Xolqaraqaşlı kənd tam orta məktəbində ixtisasım üzrə: tarix-hüquq-ictimaiyyat müəllimi işləmişdir. 

1992-ci ildən  Azərbaycan Respublikasının Təhsil İnstitutunda işləyir. 2011-ci ildən Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiridir. Pedaqogika elmləri doktoru, professordur.

1992-2021-ci illərdə  Bakı Qızlar Universitetinin Tarix kafedrasında müəllim, dosent, professor olmuş, 1996-2021-ci illərdə kafedranın müdiri vəzifəsində çalışmışdır.

 2014-2019-cu illərdə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirmə Şurası Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın sədri olmuşdur.

Ümumtəhsil məktəblərinin Azərbaycan tarixi və ümumi tarix fənn kurikulumlarını hazırlayan işçi qrupunun rəhbəri, ümumi təhsilin dövlət standartlarını və orta ixtisas müəssisələri üçün təhsil proqramlarını hazırlayan işçi qrupunun üzvü olmuşdur., ADPU-da fəaliyyət göstərən FD 2.15 Dissertasiya şurası nəzdindəki elmi seminarın sədr müavinidir.

2006-cı ildə “Qabaqcıl təhsil işçisi” adını, 2021-ci ildə “Əməkdar müəllim” fəxri adnı almışdır.

Beynəlxalq və respublika səviyyəli müxtəlif mövzuda keçirilən elmi konfranslarda, təhsilə innovativ yanaşmalarla bağlı təlimlərdə,  vətənpərvərlik tərbiyəsinə həsr olunan tədbirlərdə iştirak etmiş və sertifikatlar  almışdır.

   300-dən çox elmi əsərin , o cümlədən 3 dərs vəsaiti, 10 monoqrafiya və kitab, 9 metodik vəsait, 48 fənn proqramı,11 metodik tövsiyə, 135 elmi məqalə, 90-dan çox konfrans materialı və topluda məqalənin müəllifidir. 

1992-ci ildən Bakı Qızlar Universitetində “Tarix “kafedrasının professoru vəzifəsində çalışır.