Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Məmmədzadə Müjkan Əbdüləli qızı

Dosent
mujkanmemmedzade@bqu.edu.az

08 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhəri 278 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdi. 2001-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub, 2005-ci ildə bakalavr, 2013-cü ildə ADBTİA-nın magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. Təhsil aldığı illərdə ADBTİA-nın YAP Gənclər Birliyinin və Tələbə Elmi Cəmiyyətinin sədri, Respublika YAP Gənclər Birliyinin üzvü olmuşdur.

2015-2018-ci illərdə Təhsil Problemləri İnstitutunda fəlsəfə doktoru proqramı üzrə əyani  doktorant olmuşdur.

2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

 “Tələbələrdə pedaqoji prosesi idarəetmə mədəniyyətinin formalaşdırılması” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19.05.2023-cü il tarixli qərarı ilə  pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2024-cü ildə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutuna “Milli təhlükəsizlik və hərbi elmlər” ixtisası üzrə elmlər doktoru proqramına dissertantlıq yolu ilə qəbul olmuşdur. 

2005-2008-ci illərdə Respublika Bədən Tərbiyə Mərkəzində mütəxəssis, aparıcı mütəxəssis, 2008-2014-cü illərdə Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində metodist, bölmə müdiri, 2014-2017-ci illərdə Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin müdiri, 2017-2018-ci illərdə Təhsil Nazirliyində aparıcı məsləhətçi, 2018-2019-cu illərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsində Ümimi sektorun müdiri vəzifəsində işləmişdir.

23 dekabr 2019-cu il tarixdə keçirilmiş Bələdiyyə seçkilərində ümumi səsvermənin nəticələrinə uyğun olaraq Nərimanov Rayon Bələdiyyəsinin üzvü, eyni zamanda Bələdiyyənin Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədri, 29 yanvar 2025-ci il tarixdə keçirilmiş Bələdiyyə seçkilərində ümumi səsvermənin nəticələrinə uyğun olaraq Nərimanov Rayon Bələdiyyəsinin üzvü - Bələdiyyənin Yerli Sosial Məsələləri və Gənclərlə İş Daimi Komissiyasının sədri seçilmişdir.

2005-2006-cı ildə Bakı Turizm Kollecində, 2006-2007-ci ildə Beynəlxalq Kollecdə, 2007-2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetində, 2018-2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 2019-cu ildən indiyədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim, baş müəllim vəzifəsində çalışmışdır. 

Bir biblioqrafiyanın, bakalavr pilləsi üçün bir proqramın, 30-dan artıq elmi məqalənin, 150-dən çox Beynəlxalq və respublika elmi-praktik konfransların məruzəçisidir. 

 2015-ci ildən Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasında dosent olaraq fəaliyyət göstərir.