9 yanvar 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2000-2011-ci illərdə orta məktəbi tamamlamışdır.
2011- 2015-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bakalavr,
2015-2017-ci illərdə Azabaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dilinin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2018-2025-ci illərdə Azərbaycan Dillər Universitetində “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktorantura pilləsini tamamlamışdır. 30-dan çox elmi məqalənin müəllifidir. 10-dan çox respublika və beynəlxalq konfranslarda iştirak etmişdir. Yerli və beynəlxalq təlimlər üzrə sertifikatları var.
Əmək fəaliyyətinə 2017-ci ildə Azərbaycan Dillər Universitetində elmi işçi və müəllim kimi başlamışdır. Müxtəlif illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllim vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Dillər Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasında müəllim kimi çalışır.
2025-ci ildən Bakı Qızlar Universitetinin
"Azərbaycan dili və ədəbiyyatı" kafedrasında baş müəllim vəzifəsində işləyir.