Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Ayşən Təvəkkül qızı Salahova

Baş müəllim

Ayşən Təvəkkül qızı Salahova 21 noyabr 1999-cu ildə  Quba rayonunun Ərməki kəndində anadan olmuşdur. 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat səviyyəsi, daha sonra Bakı Qızlar Universiteti və ardıcıl olaraq Avropa Beynəlxalq Univeristetində “Psixologiya” üzrə magistratura üzrə təhsil almışdır. 
Ayşən Salahova American Psychological Association (APA)-nın Beynəlxalq Üzvü (International Member)dir. 
O, Türkiyənin Hacettepe Universitetində uşaq və yeniyetmələrin ruhi sağlamlığı üzrə vaka əsaslı klinik yanaşmalar istiqamətində ixtisaslaşmışdır.

Eyni zamanda, müasir psixoterapevtik yanaşmalar çərçivəsində EMDR terapiya, Şema terapiyası, Travma Sonrası Stress Pozuntusu (TSSB), Qısa Müddətli Həll-Yönümlü Terapiya, Evlilik və Cütlük Terapiyası sahələri üzrə peşəkar ixtisaslaşmaya malikdir. Əlavə olaraq bir sıra elmi məqalə, tezis və layihələrin müəllifidir.

2024-cü ildən Bakı Qızlar Universitetində fəaliyyətə başlamış və hazırda Elektron Məlumatlar Sistemi şöbəsində bölmə rəhbəri kimi fəaliyyətini davam etdirir. Həmçinin o, Bakı Qızlar Universitetinin “Psixologiya” kafedrasında baş müəllim vəzifəsi üzrə pedaqoji fəaliyyət göstərir.